Həkim Azər Maqsudovun məhkəməsi başlayıb

Həkim Azər Maqsudovun məhkəməsi başlayıb
Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəməsi başlayıb.

"Report" xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxsin vəkilləri vəsatətlərində mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsini qaldırıblar.

Məhkəmə heyəti müşavirədən sonra mülki iddianı icraata qəbul edib, digər vəsatəti isə təmin etməyib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin olunub.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
177 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...