Dağıstanda terror aktları törədilib – Nə məlumdur?

Dağıstanda terror aktları törədilib –
İyunun 23-də axşam saatlarında Dağıstanın iki şəhərində silsilə terror aktları baş verib.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Məlumata görə, Dərbənd və Mahaçqalada silahlılar iki pravoslav kilsəsini, iki sinaqoqu və yol polisi postunu atəşə tutublar.

Dərbənddə kilsə və sinaqoq silahlıların hücumundan sonra yanıb.

Dərbənddə keşiş və Mahaçqalada kilsə mühafizəçisi öldürülüb.

Mahaçqalada terror aktları zamanı 13 polis əməkdaşı, 3 mülki şəxs olmaqla 16 nəfər yaralanıb. Yaralılar Mahaçqala Respublika Klinik Xəstəxanasına çatdırılıb.
Hadisə nəticəsində 15 polis ölüb, 13 polis yaralanıb.

Antiterror əməliyyatı zamanı hüquq-mühafizə orqanları tərəfindən 6 silahlı zərərsizləşdirilib.

Mahaçqala və Dərbənddə hücumları həyata keçirən silahlıların beynəlxalq terror təşkilatının üzvləri olduğu ehtimal edilir. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, silahlılar polis silahlarını da ələ keçiriblər.

Rusiya İstintaq Komitəsi faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi açıb. Bütün Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib.
Respublikanın rəhbəri Sergey Melikov iyunun 24, 25 və 26-sı Dağıstanda matəm elan edilməsi haqqında sərəncam imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...