Tahir Kərimli daha deputat olmaaq istəmir

Tahir Kərimli daha deputat olmaaq istəmir
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyəcək.

Pravda.az-ın əldə etdiyi məlumata görə, T.Kərimli seçkilərdə iştirak etməsə də, rəhbərlik etdiyi partiya prosesə qatılacaq.

Qeyd: Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirib. O, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləyib (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olub. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini verib. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir. Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...