İsrail Nəsrullahın kürəkənini də öldürdü

İsrail Nəsrullahın kürəkənini də öldürdü
İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi raket zərbəsi nəticəsində “Hizbullah”ın sabiq lideri Həsən Nəsrullahın kürəkəninin həlak olduğu bildirilib.

Bizim.Media xəbər verir ki, ərəb və Livan mətbuatında dərc olunan xəbərə görə, dünən Dəməşqin Məzzə bölgəsində 3 mərtəbəli binaya raket zərbələrinin endirilməsi nəticəsində Nəsrullahın kürəkəni Həsən Qasir həlak olub.

Qasir həm də dünən İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi aviazərbələr zamanı öldürülən “Hizbullah”ın yüksək rütbəli komandiri Məhəmməd Cəfər Qasirin qardaşıdır.

Xəbərdə qeyd olunur ki, Dəməşqə endirilən zərbələr nəticəsində azı 3 nəfər ölüb, çoxlu sayda yaralı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
182 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...