Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

Naxçıvana ayrılan vəsait azaldıldı -
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsait azaldılıb.

"32gun.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanda Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan 249 milyon 100 min manat məbləğin 70 milyon manata endirilməsi qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...