Sabiq baş həkim vaxtından əvvəl həbsdən çıxdı
Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilən rayon xəstəxanasının sabiq baş həkimi Məhəmməd Musayevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.
Gundeminfo.az report-a istinadla xəbər verir ki, Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Məhəmməd Musayev cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzarə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib. vakansiyalar
C.Cəfərov və digər eks-vəzifəlilər 2020-ci ilin avqustunda korrupsiya cinayətləri ilə bağlı həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sonradan Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlərininkini 5 il 6 aya endirib.
Ali Məhkəmədə isə Ceyhun Cəfərovun cəzası 4 il 6 aya , Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirilib.
Daha sonra sabiq icra başçısı Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
160 dəfə oxundu