“Səba” ASC bu şirkətə satılıb - Yeni sahibi kimdir?
Azərbaycanın iri quşçuluq müəssələrindən olan “Səba” ASC başqa bir şirkətə satılıb.
Gundeminfo.az Azpost.info-ya istinadən bildirir ki, şirkətin aktivlərini “Chicken Pro.” MMC şirkəti alıb.
Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə, “Chicken Pro.” MMC 27 İyun 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb.
“Chicken Pro.” MMC şirkətinin qanuni təmsilçisi Əliyev Abid Müstəqim oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 189, bina 185 A, BLOK 2 m.11/2-dir (Baku City Residence). Avqust ayında “Chicken Pro.” MMC şirkətinin nizamnamə kapitalı 242 min 496 manat azaldılaraq 32 milyon 103 min 459 müəyyən edildiyi elan edilib.
Qeyd edək ki, 28 oktyabr 2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında “Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncağının gündəliyinə, “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında məsələ də daxildir.
Həmçinin Ümumi yığıncağın gündəliyinə “Biləsuvar Aqro” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında, “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl” MMC-nin iştirakçısı olduğu “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında və “Səba” ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin “Azerbrood” MMC-yə satılması haqqında məsələlər daxil edilib.
“Səba” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynovun bir müddət əvvəl verdiyi açıqlama bildirib ki, “Səba” ASC-nin fəaliyyəti həmin cəmiyyətə ötürüb. Hazırda “Səba” məhsullarının istehsalı həmin MMC tərəfindən həyata keçirilir.
Bütün əməliyyatlar həmin şirkət tərəfindən həyata keçiriləcək.
174 dəfə oxundu