Tramp seçkidə Harrisdən öndədir

Tramp seçkidə Harrisdən öndədir
Xəbər verdiyimiz kimi, ABŞ-də 60-cı prezident seçkiləri keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə ən sonuncu məntəqələr noyabrın 6-da Havay (Bakı vaxtı ilə 08:00) və Alyaskada (Bakı vaxtı ilə 10:00) bağlanacaq.

Ölkənin 47-ci prezidenti olmaq uğrunda Demokratlar partiyasından namizəd, ölkənin hazırkı vitse-prezidenti Kamala Harrislə Respublikaçılar partiyasından namizəd, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp mübarizə aparır.

***

Demokratların namizədi Kamala Harris seçkinin müəqddəratını həll edən əsas 7 ştatın 4-ündə minimal liderlik əldə etməyi bacarıb.

“Qafqazinfo” xəbər verir ki, “The Washington Post” ilkin səsvermə faizlərini açıqlayıb.

Qeyd edək ki, söhbət Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya ştatlarından gedir.

Arizona, Corciya və Şimali Karolina ştatlarında isə Respublikaçıların namizədi Donald Tramp rəqibini qabaqlayır.

***

“Exit poll”​ nəticələrinə görə:

Tramp Nevada, Pensilvaniya, Arizonada, Harris Viskonsin, Corciya, Miçiqan və Şimali Karolinada qalib gəlir.

***

ABŞ-də ilk seçki məntəqələri İndiana və Kentukki ştatlarında yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 03:00) bağlanıb.

“Associated Press”in məlumatına görə, Donald Tramp İndiana və Kentukkidə, Kamala Harris isə Vermont ştatında qalib gəlib.

***

Donald Tramp 57% səslə Corciya ştatında liderlik edir. Kamala Harris 42,6% səs toplayıb.

***

Kolumbiya və Pensilvaniya da daxil olmaqla bir sıra ştatlarda səsvermə məntəqələri bağlanıb.

***

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçici səslərinin sayına görə rəqibi Kamala Harrisi qabaqlayır.

Bu barədə “Associated Press”in məlumatında deyilir.

***

“Fox News” telekanalının məlumatına görə, Tramp ABŞ prezident seçkilərində qalib gəlmək üçün lazım olan 270 seçici səsinin yarıdan çoxunu toplayıb.

Telekanalın hesablamalarına görə, sabiq dövlət başçısı 196, rəqibi demokrat Kamala Harris isə 112 seçici səsi toplayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...