Rabitə Nazirliyində yeni Aparat rəhbəri təyin olundu

Rabitə Nazirliyində yeni Aparat rəhbəri təyin olundu


Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

Modern.az saytı xəbərə verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib. O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...