Kadırov bu dəfə "İnstagram"ı söydü - "Amerikanın zəncirli itləri..."

Kadırov bu dəfə "İnstagram"ı söydü -


Xəbər verdiyimiz kimi dünən Ramzan Kadırov “İnstagram” səhifəsində müxalifət lideri Kasyanovu təhdid edən video paylaşmışdı.

Avropa.info xəbər verir ki, Kadırov Kasyanovu snayper nişangahında təsvir etmişdi. “İnstagram” rəhbərliyi təhdid məzmunlu paylaşımı onun səhifəsindən silib. Videonun silinməsi Kadırovu özündən çıxarıb və məsələ ilə bağlı şərh yazıb:

“Mən öz fikrimi hər zaman açıq və düz üzə demişəm. ABŞ-ın zəncirli itləri barədə bir neçə söz deməyim kifayət etdi ki, onlar o dəqiqə “İnstagram” paylaşımını sildilər. Bax budur tərifli amerikan demokratiyası! Nə istəyirsən yaz, amma Amerikan itlərinə, Departamentin və Konqresin dostlarına toxunma” – deyə bildirib.

Dünən gedən xəbərlərdə isə paylaşımı Kadırovun özünün sildiyi bildirilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...