Azad Rəhimov Formula 1-ə xərclənəcək milyonlardan DANIŞDI

Azad Rəhimov Formula 1-ə xərclənəcək milyonlardan


Formula 1 yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmasın.

Trend-in məlıumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib. Nazir qeyd edib ki, 6 km yolun dəyişdirilməsi işləri şəhərdə tıxac yaratmayıb. Nazir həmçinin əlavə edib ki, Pikstop binası sifariş olunub: "300 metr uzunluğu, 21 metr genişliyi olan 2 mərtəbəli bina hazır vəziyyətdə Bakıya gətiriləcək və Azadılıq meydanında quraşdırılacaq".

Nazir bildirib ki, Formula 1-in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır: "6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Pikstop binası üçün isə 30 milyon dollar sərf olunacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
242 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...