BP-nin gəlirləri yarıbayarı azalıb 4 min işçi ixtisar edildi

BP-nin gəlirləri yarıbayarı azalıb


Böyük Britaniyanın BP şirkətinin 2015-ci ildə gəliri 5,9 milyard dollar təşkil edib ki, bu da 2014-cü ilə (12,1 milyard dollar) nisbətən 51% azdır. "Report" xəbər verir ki, bu, BP şirkətinin ötən ilin yekunları ilə bağlı məlumatında qeyd olunub.

Ötən ilin sonuncu rübündə isə bu göstərici 196 milyon dollar təşkil edib ki, bu da 2014-cü ilin sonuncu rübündən (2,2 milyard dollar) 91% azdır. Məlumatda qeyd olunub ki, 2016-cı ildə şirkətin 4 min, 2017-ci ilin sonuna kimi isə 3 minə qədər əməkdaşının ixtisar olunacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
217 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...