Rusiyada çinli tələbələr hərbi xidmətə çağırılıb

Rusiyada çinli tələbələr hərbi xidmətə çağırılıb
Rusiyada Moskva Dövlət Universitetinin Çin vətəndaşı olan tələbələri hərbi komissarlığa çağırıblar.
Bu barədə İqtisadiyyat.az Rusiya mətbuatına istinadən xəbər verir.

Məlum olub ki, çağırış vərəqələri tələbələrə “texniki nasazlıq” səbəbindən göndərilib. Belə ki, hazırkı qəbuldan əvvəl Moskva Dövlət Universitetində oxumuş bir çox çinli tələbə artıq Rusiya vətəndaşlığını alıb. Nəticədə eyni ada sahib olan tələbələrə hərbi xidmətə çağırış vərəqəsi verilib. Çinlilərin Rusiya ordusunda xidmət etməsi qanuni olaraq mümkün deyil, çünki onlar başqa ölkənin vətəndaşı olaraq qalırlar.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki yerləşən pərakəndə satış məntəqələrində keçirilən genişmiqyaslı reyddən sonra 150-yə yaxın xarici vətəndaş hərbi komissarlığa aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...