Bu fənn müəllimləri də attestasiyadan keçəcəklər – RƏSMİ

Bu fənn müəllimləri də attestasiyadan keçəcəklər –
Hər biri 5 nəfər olmaqla fortepiano ixtisasi üzrə 7, musiqi nəzəriyyəsi ixtisası üzrə 3 komissiya yaradılacaq. Ümumilikdə 10 komissiya fəaliyyət göstərəcək. Qanunvericiliyə uyğun olaraq komissiyanın 1 üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzvü isə müstəqil ekspert qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər qurumlardan cəlb ediləcək. İlk olaraq 2025-ci ildə qiymətləndirmədə 4 min 100 müəllimin iştirakı nəzərdə tutulur.

Gundeminfo.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, attestasiyada hər əməkdaşa 30 dəqiqə vaxt ayrılacaq. Hər komissiya 1 gün ərzində 12 müəllimin qiymətləndirilməsini təmin edəcək. Ümumilikdə ilkin mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xızı şəhər və rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının fevral ayı ərzində yekunlaşdırılması planlaşdırılır.

Bildirib ki, attestasiyanın müsahibə formatında keçirilməsi nəzərdə tutulur. Attestasiya hər bir işçi ilə fərdi qaydada, praktiki ifaçılıq və nəzəri (sual-cavab) üsul ilə keçirilir.

Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb. Qanunvericiliyə uyğun olaraq attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq proqram müəllimlərə veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...