Zelenski Teleqramdan niyə istifadə etmir?

Zelenski Teleqramdan niyə istifadə etmir?
Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik tədbirləri baxımından şəxsi telefonunda Teleqramdan istifadə etmir, baxmayaraq ki, yazılar prezidentin rəsmi ictimai səhifəsində müntəzəm olaraq görünür.

Axar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Nyu York Tayms” (NYT) məlumat yayıb.

Bildirilib ki, 2022-ci ildə Rusiyanın müdaxiləsi öncəsi kəşfiyyat Teleqramda Rusiya təsiri ilə bağlı Zelenskiyə xəbərdarlıq etmişdi.

Müharibənin əvvəlində məlum oldu ki, bir çox Ukrayna kanalları Rusiyadan idarə olunur. Onlar Zelenskinin ölkədən qaçması ilə bağlı dezinformasiyalar yaymışdılar.

Qeyd olunur ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası məmurlara Teleqramdan rəsmi məqsədlər üçün istifadə etməməyi tövsiyə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
96 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...