Satıcılar "Moskva" Univermağına heç kəsi buraxmırlar - FOTOLAR

 Satıcılar "Moskva" Univermağına heç kəsi buraxmırlar -


Bir neçə gündür "Moskva" Univermağında satıcıların keçirdiyi etiraz aksiyası hələ də heç bir nəticə vermir. FaktXəbər-in məlumatına görə, satıcılar icarə haqlarının aşağı salınmasını istəsələr də, rəhbərlik güzəştə getmək fikrində deyil. Bu gün yenidən toplaşan aksiya iştirakçıları univermağın giriş qapısını bağlayaraq, heç kəsi içəri buraxmayaraq, rəhbərliyin gəlməsini tələb edirlər. Rəhbərliklə əlaqə yaradıldıqdan sonra isə saat 3-də gələcəyi bildirilib.

Qeyd edək ki, satıcılar icarə haqqının artırılmasından şikayətlənirlər. Onların sözlərinə görə, hər kvadrat metr üçün 150-300 manat alınır. Satıcılar istəyirlər ki, hamı üçün icarə haqqı bərabər olsun və bir kvadrat metrə görə 150 manatdan çox olmasın.
Hazırda univermağın işi iflic vəziyyətinə düşüb, satıcılar işləmirlər, piştaxtalar boşaldılıb.


 Satıcılar "Moskva" Univermağına heç kəsi buraxmırlar -
 Satıcılar "Moskva" Univermağına heç kəsi buraxmırlar -
 Satıcılar "Moskva" Univermağına heç kəsi buraxmırlar -
 Satıcılar "Moskva" Univermağına heç kəsi buraxmırlar -
 Satıcılar "Moskva" Univermağına heç kəsi buraxmırlar -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
412 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...