Cəbhədə növbəti təxribat: bir əsgərimiz şəhid oldu - 3 erməni öldürüldü

Cəbhədə növbəti təxribat: bir əsgərimiz şəhid oldu -



Düşmən dövlət sərhədində növbəti dəfə təxribat törədib. Virtualaz.org Müdafi Nazirliyinin saytına istinadən bildirir ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.


Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Nazirlikdən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
361 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...