Nazirlik layihə hazırladı: torpaq sahibləri məsuliyyətə cəlb edilə bilər

Nazirlik layihə hazırladı:

Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün Torpaq Məcəlləsində, həmçinin İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlayıb.Layihələr artıq Nazirlər Kabinetinə təqdim edilib.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Torpaq Məcəlləsinə əlavə olunan maddədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (örüş, otlaq və biçənək sahələri istisna olmaqla) istifadə edilməsinə dair tələblər müəyyənləşdirilib. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadəsiz qalması ictimai mənafelərə ziddir. Belə torpaqların ardıcıl olaraq iki il ərzində istifadəsiz qalmasına yol verilmir. Mülkiyyətçi (sahib), icarəçi və ya istifadəçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində torpaq sahəsinin ardıçıl olaraq iki il və daha artıq müddətə istifadəsiz qalmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyev istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi məqsədilə tapşırıqlar verilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
233 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...