Zurabişvili: Gürcüstanı tərk etmək fikrində deyiləm
Gürcüstanı tərk etməyi planlaşdırmıram və ölkəni beynəlxalq arenada təmsil edəcəyəm.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezident Salome Zurabişvili bildirib.
"Onlar (Gürcüstan hakimiyyəti) ölkəni xaricdə təmsil etmirlər. Çünki Rusiya, İran və bir neçə başqa ölkə istisna olmaqla onları praktiki olaraq əsas Avropa ölkələri və ya Amerika tərəfdaşlarından heç biri tanımır. Seçkilərdən üç ay keçdi, ancaq heç kim onları tanımayıb. Mənə ölkəni təmsil etməyi davam etdirməyə imkan verən reallıq, mənə dəstək vacibdir. Gürcüstanda işləməyə davam etmək və ölkəni tərk etməyə məcbur edilməmək vacibdir”, - deyə Zurabişvili deyib.
Zurabişvilinin qeyd edib ki, o, beynəlxalq tərəfdaşlardan dəstək gözləyir.
Dekabrın 29-da Gürcüstan parlamentində altıncı prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beş illik müddətə seçilib. İnauqurasiya ilə paralel olaraq Zurabişvili prezident iqamətgahının həyətində tərəfdarları ilə danışıb və onu tərk etdiyini, lakin siyasi mübarizəni davam etdirəcəyini bildirib.
Zurabişvili oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrini tanımır və özünü yeganə legitim prezident hesab edir. Yanvarın 9-da o, Tbilisinin mərkəzində yeni ofisini təqdim edib.
46 dəfə oxundu