“Dostluq” kinoteatrı belə ola bilər – Nani Jgentinin layihəsi bəyənilib
Keçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması və sonrakı istifadəsi üçün təkliflərin verilməsi məqəsdilə keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Memarlar İttifaqının məlumatında bildirilir.
Münsiflər heyəti üzvləri müsabiqəyə ümumilikdə 86 ərizənin daxil olduğunu bildiriblər. Qeyd olunub ki, onlardan 19 iş təqdim edilərək qaliblərin müəyyən olunması üçün Münsiflər heyətinin müzakirəsinə verilib.
Müzakirələr nəticəsində münsiflər heyəti açıq səsvermə yolu ilə aşağıdakı nəticəyə gəliblər:
I yer – Jgenti Nani (5000 manat pul mükafatı);
II yer – Məmmədli Elçin, Ağayev Gursel (3000 manat pul mükafatı);
III yer – Bəylərov Elin, Məmmədova Fidan, Qafarov Orxan, Hətəmov Ruslan, Vəliyeva Lalə (1 500 manat pul mükafatı).
Jgenti Nani
Bildirilib ki, müsabiqə binanın ərazisinin istifadəsinə dair ən optimal təkliflərin müəyyən edilməsi məqsədilə elan edilib və mülkiyyətçinin binadan istifadəyə dair yekun qərar qəbul etməsi üçün tövsiyə xarakteri daşıyır.
Qeyd edək ki, “Dostluq” kinoteatrının binasının yenidən qurulması ilə bağlı ən yaxşı təklifi verən Nani Jgenti 1983-cü ildə Bakı şəhərində, memar ailəsində anadan olub. O, AZMİU-nun memarlıq fakültəsinin bakalavr və magistr pillələrini uğurla başa vurduqdan sonra bir sıra xarici ölkələrdə müxtəlif kvalifikasiya təhsil proqramlarında iştirak edib. Memarlıq və dizayn sahəsində 20 illik təcrübəyə malik Nani Jgenti, eyni zamanda Azərbaycan Memarlar İttifaqının üzvüdür. Nani Jgenti Mingəçevir İstilik Elektrostansiyasının Baş Dispetçer binasının, “Azərenerji” ASC-nin baş idarəetmə, elm, tədris və laboratoriya bina kompleksinin, “Azərişıq” ASC-nin baş rəqəmsal mərkəzinin memarlıq və interyer dizayn layihələrinin və bir sıra digər dövlət əhəmiyyətli layihələrin müəllifidir. Nani Jgenti eyni zamanda “Nani Zhgenti Project” şirkətinin təsisçisi və rəhbəridir.
59 dəfə oxundu