BSU-da 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib

BSU-da 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib


Bakı Slavyan Universitetinin (BSU) strateji inkişaf planına uyğun olaraq mövcud strukturların optimallaşdırılması, kadr potensialından daha səmərəli istifadə məqsədi ilə islahatlar davam etməkdədir.

Universitetdən Moderator.az-a verilən məlumata görə, BSU-da 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib. Ləğv edilmiş strukturların bir sıra funksiyaları digər uyğun qurumlarda cəmlənmiş, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək yenidən formalaşdırılıb. Ləğv olunmuş fakültələrin bazasında “Filologiya və jurnalistika” və “Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb. Universitetdən bildirilib ki, bütün bunlar fənlərarası və ixtisaslararası əlaqələrin dərinləşdirilməsinə, tələbələrin təhsilinin Bolonya prosesinə daha sıx uyğunlaşdırılmasına təkan verəcək.

Hazırda Universitet üzrə yaradılmış islahat-attestasiya komissiyası mərhələli şəkildə digər strukturların da optimallaşdırılması istiqamətində fəaliyyəti davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
224 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...