"İnfilyasiya çox sürətlə özünü göstərir" - İqtisadçı
“İndiki şərtlər daxilində infilyasiya təzyiqləri bir neçə istiqamətdən formalaşır. Amma bunların ən mühümü təbii ki idxal infilyasiyasıdır. Çünki istehlak bazarında ciddi asılılıq Azərbaycan iqtisadiyyatını həssas edir. Dünya bazarlarında qiymətlərin artması çox qısa müddətdə sürətlə Azərbaycan iqtisadiyyatına transformasiya edir. İqtisadiyyatın özündə də liberallıq səviyyəsi aşağı, iştirakçıllq səviyyəsi zəif, rəqabət mühiti aşağıdır. Nəticədə infilyasiya çox sürətlə özünü göstərir. Amma bununla yanaşı təbii ki, bir tərəfdən böyümənin yaratdığı effekt də vardır”.
Bunu iqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az -a deyib.
O bildirib ki, artıq 2 ildir Azərbaycanın büdcə xərcləmələri 40 milyardın üzərindədir və fizikal genişlənmə zəif də olsa, infilyasiya təzyiqi yaradır. Amma 2025-ci il üçün xüsusilə də yeni sosial paketlərin açıqlanması istiqamətində gözləntilər, eyni zamanda ilin əvvəlindən etibarən minimum əmək haqqının artırılması ilə əlaqədar qərarlar bu və ya digər şəkildə infilyasiyanı ya təşviq edir, ya da müəyyən qədər dəstəkləyir. Burada digər faktor hökümətin bu və ya digər şəkildə öz təşviq etdiyi xidmətlərin artırılması ilə bağla müəyyən mövqe ortaya qoyması, qərarlar qəbul etməsidir ki, bu da ümumi gözləntilərin artmasına səbəb olur. Bu da istehlak aktlarının sayının artması və infilyasiya təzyiqlərinin güclənməsinə təsir göstərir".
44 dəfə oxundu