“Azsığorta”da kritik durum: Gəlirlər kəskin azaldı

“Azsığorta”da kritik durum:
“Azsığorta” şirkəti 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, 2023-cü illə müqayisədə ötən il şirkətin gəlirləri və xərcləri, o cümlədən sığorta ödənişləri kəskin azalıb.

Belə ki, ötən il “Azsığorta”nın əsas əməliyyat gəlirləri 9,09 milyon manat təşkil edib ki, bu da illik müqayisə ilə 662 min manat və ya 6,8% azdır.

Bu gəlirlərdən 8,6 milyon manatı birbaşa sığorta üzrə sığorta haqlarının, 450 min manat isə təkrarsığorta üzrə təkrarsığorta haqlarının payına düşüb.

Sığorta şirkətinin investisiya gəlirləri 12% və ya 300 min manat azalaraq 2,2 milyon manata, sair gəlirləri isə 7,4 dəfə azalaraq 452 min manata enib.

Ümumilikdə ötən il üzrə sığorta şirkətinin gəlirləri 13,3 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 36% və ya 7,3 milyon manat azdır.

2024-cü ildə “Azsığorta”nın xərclərində də kəskin azalma baş verib. Sığorta şirkətinin cəmi xərcləri 7,5 milyon manat azalaraq 10,9 milyon manata enib.

Sığorta şirkəti ötən il 466 min manat mənfəət vergisi ödədikdən sonra 1,69 milyon manat mənfəətə çıxıb. Bu isə əvvəlki ilə nisbətən 7,2% çoxdur.

Ötən il üzrə ASC-nin cəmi aktivləri 30,7 milyon manat, cəmi öhdəlikləri 11,9 milyon manat, balans kapitalı isə 18,83 milyon manata bərabər olub.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...