«AĞDAMLI DƏMİR»Ə MİLYONLARA BAŞA GƏLƏN «İRON» OTEL

«AĞDAMLI DƏMİR»Ə MİLYONLARA BAŞA GƏLƏN «İRON» OTEL


Əxlaqsızlıq yuvası kimi ad çıxırmış obyekt ötən il «vurulmuşdu»

amma bu gün yenə də fəaliyyətini davam etdirir İş adamı Dəmir Abdullayevi kim (lər) müdafiə edib?


«MTN işi» qalmaqalında adı hallandırılan şəxslərdən biri də iş adamı, «Ağdamlı Dəmir» kimi tanınan Dəmir Abdullayev idi. Hətta bir müddət əvvəl onun həbsi barədə məlumat da yayılmışdı. Amma sonradan bu xəbər təsdiqini tapmadı. Dəmir Abdullayev Azərbaycanın ən böyük avtomobil salonlarının sahibidir. İddialara görə, o avtomobil biznesindən əldə etdiyi milyonlarla digər sahələrdə böyük biznes şəbəkəsi yaradıb. Daxil olan məlumatlara görə, «Ağdamlı Dəmir»in ən gəlirli obyektlərindən biri də paytaxtın Binəqədi rayonunda yerləşən «İron» hotelidir. Hansı ki, bu hotelin adı ötən ilin fevral ayında ölkə mətbuatının gündəminə gəlmişdi. Belə ki, ötən il sözügedən hoteldə fahişəxana aşkar edilib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən "İron" hotelində əxlaqsızlıq yuvası təşkil edilməsi müəyyən edilib. Bakının Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin cib oğurluğuna qarşı qrupunun əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində hoteldə əxlaqsızlıqla məşgul olan 10 dan çox qadın saxlanılıb. Həmin vaxt hotel rəhbərliyinin məsuliyyətə cəlb olunacağı haqda xəbərlər yayılmışdı.

O vaxtlar «MTN işi» qalmaqalı gündəmdə olmadığı üçün Dəmir Abdullayev kimlərinsə köməyi sayəsində təhlükədən xilas ola bildi. Maraqlıdır ki, «Ağdamlı Dəmir» bəzi himayədarlarının «vurulmasına» baxmayaraq, «İron» hotelini yuxarıda qeyd olunan təyinatı üzrə hələ də işlədir. Saytımıza daxil olan məlumatda deyilir ki, əvvəlki kimi yenə də bu hoteldə əxlaqsız işlər cərəyan edir: «Hamıya bəllidir ki, bir müddət əvvəl hoteldə fahişəxana aşkar olundu. Amma hotel fəaliyyətini bir saat da olsa dayandırmadı. Bu gün də yüngül zhəyat tərzi keçirən qadınlar bura gəlir və müştəriləri ilə hər oyundan çıxırlar. Deyilənə görə, hotelin sahibi Dəmir Abdullayev aidiyyəti hüquq-mühafizə orqanları ilə «anlaşıb». Bu barədə onun özü etiraf edib. Çünki hansı məclisdə oturursa, «pulumu verib işimi görürəm» deyir». Bu hotellə bağlı daha bir ilginc faktı diqqətinizə çatdırmaq istəyirik.

Hotelin Dəmir Abdullayevə məxsus olmasını təsdiq edən amillərdən biri «iron» sözünün ingiliscədən Azərbaycan dilinə tərcüməsi ilə bağlıdır. Belə ki, ingilis dilindən tərcümədə «iron» sözü dəmir mənasını verir. Burdan isə belə aydın olur ki, iş adamı on milyonlara başa gələn hotelinə məhz öz adını verib. \Gundelik-baku.com \



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...