“Rusiyada istintaq hələ davam edir” – Ceyhun Bayramov

“Rusiyada istintaq hələ davam edir” –
“Ötən ilin dekabrında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” təyyarəsinin Rusiyanın hava məkanında kənar təsirlərə məruz qalması ilə bağlı Rusiyada istintaq tədbirləri davam edir”.
Yeniavaz.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq tədbirləri hər zaman Azərbaycanın prioritetində və gündəmindədir:
“Biz Rusiya tərəfi ilə bütün təmaslar zamanı bu məsələni qaldırırıq. Qarşı tərəfin verdiyi izahat ondan ibarətdir ki, hələ istintaq davam edir. İstintaq tədbirləri başa çatandan sonra daha detallı məlumatlar təqdim edəcəyik. Həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...