İlhan Şeşen vəfat etdi

İlhan Şeşen vəfat etdi

Uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunan türk sənətçi İlhan Şeşen vəfat edib.

Qaynarinfo xəbər verir ki, sənətçi 76 yaşında dünyasını dəyişib.

"Sarılınca Sana”, "Ellerimde Çiçekler” ve "Neler Oluyor Bize" kimi hit mahnıları ilə məşhurlaşan sənətçiyə 2023-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.

Uzun müddətdir müalicə alan İlham Şeşen bu gün vəfat edib. Məşhur sənətçinin ailəsi kədərli xəbəri bu mesajla açıqlayıb:

"Sevimli həyat yoldaşımız, sevimli atamız İlhan Şeşəni itirdiyimiz üçün çox kədərlənirik. Bütün sevənlərinə başsağlığı veririk".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
81 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...