Nazir rəisi işdən çıxardı - Yeni təyinat

Nazir rəisi işdən çıxardı -

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, daxili xidmət polkovniki Quliyev Elçin Qoşun oğlu vəzifəsindən işdən çıxarılıb. Onun yerinə Qənbərov Elnur Vidadi oğlu təyin edilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, polkovnik Elçin Quliyev 2019-cu ilin iyul ayının 30-dan Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...