Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı

Bakıda qadını öldürüb gölün sahilinə atdılar -
Bakıda 36 yaşlı qadın qətlə yetirilib.

Gundeminfo.az xəbər verir ki, hadisə iyunun 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Sevinc Hüseynovanın gecə saatlarında xüsusi amansızlıqla qətlə yetirilmiş meyiti gölün sahilində tapılıb.

Keçirilən tədbirlərlə qadının həyat yoldaşı 1989-cu il təvəllüdlü Rəşad Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Oxu.az yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...