Fransa HƏMAS-ı tərksilah olmağa çağırıb

  Fransa HƏMAS-ı tərksilah olmağa çağırıb
“Fələstinin HƏMAS qruplaşması tərksilah edilməli və Qəzzanı idarə etməkdən uzaqlaşdırılmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barron sosial şəbəkə hesabında yazıb.
“666 gündür Qəzzada Həmas tərəfindən saxlanılan israilli girovların görüntüləri iyrəncdir, dözülməzdir. Onların iztirablarına son qoyulmalıdır. Onlar heç bir ilkin şərt qoyulmadan azad edilməlidir”, - Barron bildirib.
O əlavə edib ki, Qəzza zolağına böyük humanitar yardım çatdırılmalıdır.
Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron sentyabr ayında İsrailin qəti şəkildə rədd etdiyi Fələstin dövlətini tanımaq niyyətini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...