Netanyahu İran xalqına müraciət edib: Mən sizinləyəm!

Netanyahu İran xalqına müraciət edib:
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib.

"Report" xəbər verir ki, müvafiq müraciət Netanyahunun sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Netanyahu iranlıları azadlıq uğrunda mübarizəyə çağırıb.

“Bizim qurucu atamız Teodor Hertslın (Dünya Sionist Təşkilatının yaradıcısı – red.) yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”.

İstəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Sən tək deyilsən, mən səninləyəm. İsrail sizinlədir. İran iranlılar üçündür!”, - İsrailin Baş naziri qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...