Çinin ən yeni silahı ABŞ üçün təhdiddir - Bloomberg

Çinin ən yeni silahı ABŞ üçün təhdiddir -
Çin İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş paradda ən yeni silahlarını nümayiş etdirməyə hazırlaşır.

Bakupost.az xəbər verir ki, bu barədə “Bloomberg” peykdən əldə edilmiş görüntülərin təhlilinə istinadən xəbər verir.

Məlumata görə, texnika sırasında hava hücumundan müdafiə sistemlərini aşa bilən hipersəs raketləri və 15 min kilometrədək uçuş məsafəsinə malik DF-41 qitələrarası ballistik raketləri olacaq.

Agentlik qeyd edir ki, DF-41 eyni anda bir neçə döyüş başlığı daşıya bilər ki, bu da ABŞ ərazisi üçün birbaşa təhlükə yaradır. Məqalə müəlliflərinin sözlərinə görə, hipersəs texnologiyaları və pilotsuz sistemlərə diqqətin yönəldilməsi Pekinin yüksək texnologiyalı münaqişələrdə üstünlük əldə etməyə can atdığını göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...