AST Telmanın qardaşının obyektlərini sökdülər

AST Telmanın qardaşının obyektlərini sökdülər


Moskvada “Sokol” metrostansiyası yaxınlığında Leninqrad şossesində yerləşən ticarət pavilyonları azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Fazil İsmayılova məxsus olub.

ANS-in məlumatına görə, buradakı ticarət obyektləri Fazil İsmayılovun Sokol rayonu şurasının rəhbəri və Moskva Şimal Dairəsinin qubernatorunun müavini postunda olarkən tikilib. Moskva ticarət və xidmət departamentinin rəisi Aleksey Nemeryukun sözlərinə görə, bütün obyektlərin sahibləri qanunsuz tikililərin söküləcəyi haqda məlumatlı idilər: “Demək olar ki, hər bir tikiliyə dair məhkəmə çəkişmələri olub. Biz bu obyektlərin şəhərdə olmasının qanuniliyini mübahisəli hesab edirdik. Bu binaların sahiblərinin kimliyi hamıya məlumdur”.

Fazil İsmayılov müflis olmuş azərbaycanlı milyarder Telman İsmayılovun böyük qardaşıdır (bəzi mənbələrdə bu məlumat təqzib olunur – red.). O, 1951-ci ildə Moskvada doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Fevralın 9-na keçən gecə Moskvada şəhər rəhbərliyinin qərarına əsasən paytaxtın müxtəlif metrostansiyaları yaxınlığında 97 ticarət obyekti sökülüb. Ticarət obyektləri sökülən biznesmenlər dəyən zərərin 30 milyard rubl təşkil etdiyini açıqlayıblar.

Məsələni şərh edən Moskva meri Sergey Sobyanin bildirib ki, qanunsuz tikililərin sökülməsi Rusiyada irsin, tarixin və dürüstlüyün satılmamasının əyani göstəricisidir. “Dələduzluq yolu ilə əldə edilən mülkü rəsmi sənədlər altında gizlətmək olmaz. Moskvanı moskvalılara qaytaraq! Onun parkları, bağları və küçələrini. Açıq, gözəl və sevilənləri”, – deyə mer bildirib.

İndiyədək 50-dən çox obyekti yerlə bir edən Moskva bələdiyyəsi 1 mart tarixinədək 104 qanunsuz tikilini sökmək niyyətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
338 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...