BAKIDA DOLLAR DƏYİŞƏN BANKOMAT İŞƏ DÜŞDÜ - VİDEO
Həftənin 7 günü, günün 24 saatı ərzində nağdlaşdırılma üzrə valyuta əməliyyatları aparmaq mümkündür. Bakıda valyuta dəyişən bankomatlar işə düşüb. Bununla da pulu istər dollardan manata , istərsə də tərsinə dəyişdirmək daha rahat olacaq. Ekspertlər hesab edirlər ki, bu prosesin tədbiqi , vətəndaşların rahatlığı ilə yanaşı, həm də qara bazarın tamamı ilə aradan qalxmasına gətirib çıxaracaq.
Ölkəmizdə valyuta dəyişmək prosesduru asanlaşır. Məhz paytaxt Bakıda bunun üçün nəzərdə tutulmuş xüsusi bankomatlar quraşdırılıb. Düzdür hələlik yalnız 2-3 bank bu prosesin tədbiqinə başlasa da, mütəxəssislər hesab edirlər ki, bu tip bankomatların sayının artırılmasına ehtiyac var. Valyuta mübadiləsi bankomatlarında ölkədə daha çox tədavüldə olan 3 valyuta manat dollar və avronu dəyişmək mümkündür. Bu bankomatların valyutaya olan tələbin ödənilməsi baxımından olduqca vacib olduğunu deyən iqtisadçı Vüqar Bayramovun fikrincə, onların ölkədə sayının artırılması qara bazarın tamami ilə aradan çıxmasına gətirib çıxara bilər.
Paytaxt sakinlər də valyuta mübadiləsi bankomatlarının quraşdırılmasını müsbət qarşılayaraq, bununla onların işlərinin daha rahat olacağını düşünürlər.
766 dəfə oxundu