İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində işlədilən fəhlələrin pulunu vermir

İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində işlədilən fəhlələrin pulunu vermir


Ağstafa rayon İcra Hakimiyyəti rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində fəhlə kimi işlətdiyi adamların zəhmət haqqını ödəmək istəmir. Azinforum.az-ın əldə etdiyi məlumata görə, işin aparılmasına dair sövdələşmə Rasim adlı şəxslə İcra Hakimiyyətinin müavinlərindən birinin arasında olub.

Rəsmi şəxslər “Sədərək” bazarından aldıqları “kovralitin” pulunu tam ödədikdən sonra, ortaya həmin “kovralit”in necə döşənməsinə dair problem çıxıb. Rasim bu işin pulla görüldüyünü bildirib. Hər kvadrat metr üçün ödənişin ediləcəyinə dair razılaşma əldə olunandan sonra, fəhlələr işə başlayıb. İş bitəndən sonra, İcra Hakimiyyəti rəsmiləri fəhlələrə ödəməli olduqları 2000 manatı vermək istəmirlər. İş icraçısı olan fəhlələr bildirir ki, məsələdən icra başçısının da tam məlumatlı olmasına əmindirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
310 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...