Rüfət Quliyevin siqaret etirafları - deputatdan ilginc etiraf

Rüfət Quliyevin siqaret etirafları -


Rüfət Quliyev siqaret istehlakçılarını aldatdıqlarını açıq şəkildə bəyan etdi: «Fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır»

“European Tobacco Baku” ASC tütün şirkətinin Idarə heyətinin sədri, deputat Rüfət Quliyev daxili bazarda satılan siqaretlərdən bəhs edib. Deputatın sözlərinə görə, hazırda insanlar arasında bahalı siqaretlərə tələbat azalıb: “Azərbaycanda bazar iqtisadiyyatıdır. Nəyə tələb varsa, ona da təklif var. Əgər tələb-təklif qanunu pozulursa, deməli, o məhsulun qiyməti aşağı düşməlidir. Proqnozum belədir ki, daha bahalı siqaretlərin satışı azalacaq və qiyməti aşağı düşəcək”. Rüfət Quliyev qeyd edib ki, siqaretlərin 70-75 faizinin dadı eynidir: “Burada fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...