Bu icra başçısı Ziya Məmmədova güvənirdi ... AMMA YOLUN SONUNA GƏLDİ

"2006-2007-ci illərdə Göyçay, 2007-2012-ci illərdə Mingəçevir, 2012-2015-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli sərəncamı ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib"... Bəli, bu adam Mübariz Ağayevdir... Hazırda Göyçay rayon İH-nə rəhbərlik etsə də, namı bütün Azərbaycana bəllidir...
DİA.AZ bildirir ki, nəqliyyat naziri Ziya Məmmədovun adamı hesab olunan Mübariz Ağayev bu gün Göyçayda rəsmən at oynadır. Belə ki, Quba üsyanının ardından sözügedən rayona Mingəçevirdən transfer olunan Ağayev sonradan Göyçaya qaytarılır... Hətta gəlişi münasibətilə Göyçayda bir atəşfəşanlıq da təşkil elətdirir. Amma...
DİA.AZ-a danışan Göyçay sakinləri iddia edirlər ki, bu gün Mübariz Ağayev həmin atəşfəşanlığın əslində Göyçay sakinləri üçün hansı anlam kəsb etdiyini açıq şəkildə hiss etdirir. Sakinlər deyir:
"Mübariz Ağayev bu günlərdə göstəriş verib. Rayondakı bütün sahibkarlardan pul yığılması barədə. Hərədən ən azından 300 manat pul istəyirlər. Pul verməyən obyektinin söküləcəyi ilə hədələnir. Özü də bu pulu hər ay verməliyik.
Prezident və digər dövlət rəhbərliyi sahibkarlara qayğıdan danışırlar. Biz də inanırıq. Prezidentimizə güvənirik. Amma Ziya Məmmədova güvənən Mübariz Ağayev bizə haqq kəsir. Əgər hamı onun istədiyi aylığı ödəməsə, deməli, Göyçayda daş daş üstündə qalmamalıdır".
DİA.AZ bildirir ki, narazı sahibkarlar prezidentdən də kömək istəyirlər: "Biz prezidentimizdən kömək istəyirik. Nə qazanırıq ki, kiməsə də haqq verək. Cənab prezident. Mübariz Ağayev burada narazılar ordusu yetişdirir".
İddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
350 dəfə oxundu