Ankarada qanlı TERROR: Ölü sayı 28 -ə çatdı, 61 yaralı! - YENİLƏNİB (VİDEO)

Ankarada qanlı TERROR: Ölü sayı 28 -ə çatdı, 61 yaralı! -


Hökumət sözçüsü Numan Kurtulmuş ölənlərin sayının 28 nəfərə yüksəldiyini bildirib.

23.14

Hüquq-mühafizə orqanlarının səlahiyyətli şəxsləri dəhşətli terror aktının arxasında PKK terror təşkilatının durduğuna dair versiya irəli sürürlər. Onların fikrincə, PKK bu teraktla Cizrədə və Surda uğradığı məğlubiyyətin qisasını almağa çalışıb.

***

Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu Ankaradakı terror aktı nəticəsində ölənlərin sayının artdığını açıqlayıb. Musavat.com-un məlumatına görə, nazir hadisə yerində 20-21, xəstəxanada isə 3 nəfərin dünyasını dəyişdiyini açıqlayıb. Beləliklə, terror aktı nəticəsndə ölənlərin sayı azı 24 nəfərə çatıb.

22.52

Ankaradakı terror aktı nəticəsində yaralıların sayı 61-ə çatıb. Musavat.com NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib. Onun sözlərinə görə, yaralılardan 14-ü xəstəxanadadır.


***

22:43

Ankarada baş vermiş terror hadisəsində 18 nəfər ölüb. 45 nəfər yaralanıb.

APA-nın məlumatına görə. Bu barədə Ankara Valiliyinin son açıqlamasında bildirilib.

Məlumata görə, Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına bombalı hücum edilib.
****

22:09

Son məlumatlara görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu paytaxt Ankarada törədilmiş terror aktına görə, bu axşam Brüsselə planlaşdırdığı səfərini təxirə salıb.

****

Ankarada baş vermiş güclü partlayışla bağlı rəsmi açıqlama verilib.

Musavat.com verir ki, partlayış terror aktı nəticəsində törədilib.

Ankara valisi Mehmet Kılıçlar partlayışla bağlı ilkin rəsmi açıqlama verib. Açıqlamada bildirilir ki, terakt bomba dolu maşının partladılması nəticəsində həyata keçirilib.

Hazırda əraziyə çoxlu sayda polis qüvvələri və yanğınsondürən cəlb olunub.

Ölü sayının artacağı istisna edilmir.


****

Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

İlkin məlumatlara görə, bomba yataqxana yaxınlığında dayanmış avtomobildə yerləşdirilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...