İTV-nin əməkdaşı itkin düşdü - FOTOLAR

İTV-nin əməkdaşı itkin düşdü -


Daxili İşlər Nazirliyi İTV-nin əməkdaşının itkin düşməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızının yanvarın 11-də Bərdə şəhərində, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun isə 23 yanvar 2016-cı il tarixdə Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmamaları barədə polisə məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, T. Mamedova sonuncu dəfə paytaxt ərazisində görünüb. İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır: Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir. Rəşad Əliyevin boyu 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir.

Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, R. Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.


İTV-nin əməkdaşı itkin düşdü -
İTV-nin əməkdaşı itkin düşdü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...