“Azərsüd” xamasında tarix saxtakarlığı- FOTOFAKT

“Azərsüd” xamasında tarix saxtakarlığı-


"Azərsun” Holdinq istehsal etdiyi xamanın istifadə tarixində inanılmaz saxtakarlıq və ya yanlışlıq edib.

Belə ki, "Azərsüd” xamasının fevralın 20-də istehsal olunduğu qeyd olunub. Bu gün fevralın 19-u olduğunu nəzərə alsaq, bu "riyazi uzaqgörənliyi” heç bir fəlsəfəyə sığışdırmaq mümkün deyil.

Kürdəmir Süd Emalı Zavodunda istehsal olunan "Azərsüd” məhsulunun fevralın 18-dən artıq mağazalarda satışda olduğu xəbər verilir. Elçin Əbdülrazak adlı Feysbuk istifadəçisi bu haqda sosial şəbəkələrdə şəkil paylaşıb.

Onun sözlərinə görə, xamanı marketlərin birindən alıb. Qeyd edək ki, ölkənin ağartı məhsulları bazarında böyük paya sahib olan və tanınan "Azərsüd” brendinin belə bir hala yol verməsi maraq doğurub. (vizual.az)


“Azərsüd” xamasında tarix saxtakarlığı-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...