Qəbulda test üsulu üç il sonra dəyişə bilər

Qəbulda test üsulu üç il sonra dəyişə bilər


"Növbəti bir neçə ildə imtahanların forma və mahiyyətində heç bir dəyişiklik gözlənilmir. Yeni tədris sistemi ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər. Onların biliyini testlə qiymətləndirmək doğru deyil. Onların biliklərinin qiymətləndirilməsi fərqli sistem tələb edir. Amma gələcək illərdə bu forma dəyişməlidir". Modern.az saytı xəbər verir ki, bunu ANS TV-yə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib.

Nazir bildirib ki, hazırda qiymətləndirmə standartları adalandırılan yeni layihə üzərində iş aparılır. Bu sistem Rusiya da da mövcuddur və vahid dövlət imtahanı adlandırılır: "Burada diqqət yetirməli olduğumuz əsas məsələ isə insan faktorunun məhdud olmasıdır". M.Cabbarov qeyd edib ki, bu gün Azərbaycanda keçirilən qəbul imtəhanının məzmunu və həmin məzmunun müsbət tərəfləri haqqında danışmaq olar.

Onun sözlərinə görə, test sisteminin əsas üstün cəhətin insan faktorundan asılılığın minimal olmasıdır. Yəni qiymətləndirmə faktiki olaraq insan faktorundan asılı deyil: "İstərdik ki, bir sıra zəruri məsələlər qiymətləndirmədə əks olunsun. Bunlar nitq, ritorika, yazı vərdişləri, düşünmək tərzini özündə əks etdirən, sualların olmasıdır. Bunun üstünlüyü olduğu kimi çatışmayan cəhətləri də var. Dünyada mövcud olan sistemlərlə müqayisə etsək, başqa qiymətləndirmə sistemləri də mövcuddur".

Nazir oxu, nitq vərdişlərini yazılı fikir ifadə etmək vərdişlərini inkişaf etdirən bir sistem hazırlanması istiqamətində müzakirələr aparıldığını bildirib.

Azərbaycanda test üsulunun ləğv olunması fikrini bir neçə gün öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə səsləndirib. Onun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə aparılmaması təklif edilir. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Sədr bildirib ki, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur.

Məleykə Abbaszadə onu da qeyd edib ki, əgər hüquqi bir qərar verilsə, şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı, başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar. Fənlərin artırılması ilə bağlı Təhsil Nazirliyinə təkliflər edilsə də, bu dərs ilində dəyişiklik gözlənilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...