Şənbə      15 mart 2025     03:24:16  

"Azəriqaz"da struktur islahatı başlayır - əvvəlki islahat əks-effekt verib

"Azəriqaz"da struktur islahatı başlayır -


İki il bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) təşkilati idarəetmə strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə mexanizminin optimallaşdırılması məq-sədilə "Azəriqaz"da həyata keçirdiyi struktur dəyişiklikləri gözlənilən effekti verməyib.

Bu barədə "Reytinq"i məlumatlandıran ekspert Ədalət Əsədovun sözlərinə görə, o zaman həyata keçirilən islahatın məqsədi "Azəriqaz" İstehsalat Birliyi üzrə mövcud xərclərin optimallaşdırılmasını təmin et-məkdən ibarət idi:

"Bununla aşağıda göstərilən adlarda regional qaz istismar idarələri yaradıldı. Həmin qurumlar və onlara daxil olan xidmət sahələri belədir: Zaqatala Regional Qaz İstismarı İdarəsi (Zaqatala Xidmət Sahəsi, Bala-kən XS, Qax XS, Şəki XS,Oğuz XS), Salyan Regional Qaz İstismarı İdarəsi (Salyan Xidmət Sahəsi. Saatlı XS. Neftcala XS, Sabirabad XS, İmişli XS, Hacıqabul XS, Şirvan XS). Xaçmaz Regional Qaz İstismarı İdarəsi (Xaçmaz Xidmət Sahəsi, Quba XS, Qusar XS, Şabran XS, Siyəzən XS, Xızı XS), Şəmkir Regional Qaz İstismarı İdarəsi (Şəmkir Xidmət Sahəsi, Daşkəsən XS, Tovuz XS, Qazax XS, Gədəbəy XS, Ağstafa XS), Lənkəran Regional Qaz İstismarı İdarəsi (Lənkəran Xidmət Sahəsi, Astara XS, Cəlilabad XS, Biləsuvar XS, Masallı XS, Lerik XS, Yardımlı XS), Tərtər Regional Qaz İstismarı İdarəsi (Tərtər Xidmət Sahəsi, Bərdə XS, Füzuli XS, Beyləqan XS, Mingəçevir XS, Zərdab XS, Ağdam XS, Yevlax XS, Ağcəbədi XS), Gəncə Regional Qaz İstismarı İdarəsi (Gəncə Xidmət Sahəsi, Goranboy XS, Göyçay XS, Naftalan XS, Samux XS), Ağsu Regional Qaz İstismarı İdarəsi (Ağsu Xidmət Sahəsi, Şamaxı XS, Qobustan XS, Ağdaş XS, Qəbələ XS, Ucar XS, Kürdəmir XS, Göyçay XS, İsmayıllı XS), Bakı Regional Qaz İstismarı Departamenti (Abşeron Xidmət Sahəsi, Binəqədi XS, Xətai XS, Xəzər XS, Qaradağ XS, Nərimanov XS, Nəsimi XS, Nizami XS, Sabunçu XS, Səbail XS, Suraxanı XS, Yasamal XS), Bakı Regional Qazın Satışı Departamenti (Bakıya daxil olan rayonlarda Xidmət Sahələrinin Təbii Qazın Qəbulu və Satışı şöbələri).

Maraqlıdır ki, belə bir struktur dəyişikliyini xərclərin stimullaşdırılması adı altında həyata kecirsələr də, bu, şirkətə ziyandan başqa bir şey gətirməyib. Üstəlik, "Azəriqaz" İB-nin işçilərindən imtahan götürən İn-san Resursları Departamentinin kadrları düzgün yerləşdirməməsi, strukturun fəaliyyətinin zəifləməsini bir qədər də sürətləndirib".

Müsahibimiz qeyd edib ki, "Azəriqaz" İB-də struktur dəyişikliyi zamanı 2500 nəfər işçi ixtisar olunub. Çox maraqlıdır ki, islahatın ilkin mərhələsində 2500 nəfəri ixtisara salan Birlik rəhbərliyi vəziyyətin gərginləşdiyini, yeni qurumlarda operativliyin itdiyini görərək, sonradan 3500 nəfərdən çox işçi qəbul edib. Ancaq bu da çevik və keyfiyyətli idarəetmə sistemi yarada bilməyib. Əksinə, günbəgün qaz kəmərlərində qaz itkiləri çoxalıb, əhalidən yığılan vəsaitlərin məbləği düşüb, vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmır, rayondan məcburən regional qaz istismar idarələrinə göndərilən mütəxəssislərin vaxtaşırı olaraq, öz günlərini xəstəxanalarda keçirməsi, kabinet rəislərinin çoxalması halları artıb. Bu və ya digər hallar isə strukturun yenidən dəyişdirilməsinə ehtiyac yaradıb.

Ekspert iddia edir ki, artıq "Azəriqaz"ın struktur vahidi olan 8 Regional Qaz İstismarı İdarəsinin ləğvi gündəmə gəlib. Müsahibimiz deyib ki, ləğvetmədən sonra böyük ehtimalla "Azəriqaz"a tabe olan Regionlar üzrəQaz İstismarı İdarəsi adlı vahid bir qurum yaradılacaq:

"Bakı, Sumqayıt və Abşeron da daxil olmaqla, bütün xidmət sahələri bir quruma - Bakı Regional Qaz İstismarı İdarəsinə tabe ediləcək. Bundan başqa, "Azəriqaz" İB-nin tabeliyində Anbar Təsərrüfatı İdarəsi, Qaz Kəmərlərinə və Cihazlarına Texniki Xidmət İdarəsi, Təmir-Tikinti Departamenti, Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamenti, o cümlədən Regionalar üzrə Qaz Ölçü Qurğularına Xidmət Departamenti də yaradılacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...