ANS azad edilən yüksəklikdə - ƏN SON VİDEO
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi muxbiri Xatirə Məmmədova düşmən işğalından azad olunna Lalə İlahi təpə - yəni Lələ Təpə yüksəkliyində olub. Hazırda Azərbaycan bayrağının dalğalandığı bu yüksəkliyin ələ keçirilməsi Horadiz və onun ətrafındakı kəndlərin ordumuz tərəfindən tam nəzarətdə saxlanması deməkdir.
Silahlı Qüvvələrin rəsmisi Elçin Kərimov bildirib ki, Azərbaycanın ordusunda əhval ruhiyyə yüksək səviyyədədir. “Hazırda əsgərlərimizin döyüş ruhu yüksəkdir. Bu yüksək əhval ruhiyyə xalqımızda da hiss olunur. Bütün prosesləri izləyirik. Bu bizim xalqımızın, prezident İlham Əliyevin qətiyyətidir, biz bu gücü düşmənə göstəririk”- deyən Elçin Kərimov xalqımıza daim qələbə sevinci yaşamağı arzu edib.
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi muxbiri Rahib Qərib isə Ağdamın Sarıcalı kınd sakinləri ilə görüşüb, erməniləri atdığı mərmilər nəticəsində yararısız hala düşmüş evlər və məktəbdə olub. Düçən mərmilərdən biri partlamadığı üçün köənd sakinləri onu lentlərlə mühasirəyə alıblar.
Kənd sakinləri evlərinin dağılmasına baxmayaraq normal həyatın davam etdiyini və heç kimin kəndi tərk etmədiyini söyləyiblər. “Hazırda uşaqlar məktəblərdə öz sinif otaqlarında dərslərinə davam edirlər. Gördüyünüz kimi bağçalar da öz fəaliyyətini davam etdirir” - deyə kənd sakinləri bildirib.
720 dəfə oxundu