Əli İnsanova yeni cinayət işi açılmayıb - vəkildən açıqlama - Yenilənib

Əli İnsanova yeni cinayət işi açılmayıb -


“Deyəsən,hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə adı ilə keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni qondarma ittiham irəli sürülür. Məlim olduğu kimi Əli İnsanovun 12 illik həbs cəzasını tam çəkib qurtarmağına bir neçə ay qalırdı”. Virtualaz.org bildirir ki, bu fikirləri tanınmış vəkil Namizəd Səfərov özünün facebook səhifəsində yazıb.

Sabiq nazir artıq saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı-İstintaq Təcridxanasına aparılıb. Məlumata görə, Əli İnsanova Cinayət Məcəlləsinin 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açılıb.

Əli İnsanovun vəkili Toğrul Babayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən məlumat tamamilə yalandır: "Elə bu dəqiqələrdə Əli müəllimlə görüşdən çıxdım. Bu məlumatlar yalandır, Əli İnsanova qarşı hər hansı cinayət işi açılmayıb. Ümumiyyətlə, onunla cəzaçəkmə müəssisəsinin nəzarətçiləri arasında heç bir mübahisə baş verməyib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...