Meymun ölkəni işıqsız qoydu VİDEO

Meymun ölkəni işıqsız qoydu


Heyvanın özü isə yüngül zədələr alaraq sağ qalıb. Keniyada su elektrik stansiyasında transformatorun üzərinə düşən meymun bütün ölkəni işıqsız qoyub. ANS PRESS-in məlumatına görə, elektrik idarəsindən bildirilib ki, transformatorun bağlanmasına zəncirvari reaksiya səbəb olub ki, bu da bütün ölkəni işıqsız qoyub.

Elektrikin verilişini bir neçə saata bərpa etmək mümkün olub. Ölkəni işıqsı qoyan meymun isə yüngül zədələrlə qəzadan qurtula bilib. Elektrik stansiyasının operatoru enerji strukturunun əsas elementlərinin hasarlandığını və vəhşi heyvanlardan qorunduğunu bildirib. Şirkət rəsmisi meymunun bütün bunlara rəğmən içəri keçməyə müvəffəq olmasına təəccübləndiyini bildirib.

Elektrik kəsilmələri Keniyada tez-tez baş verir. Buna görə də əksər müəsisələr bu cür hallar baş verən zaman işləri dayanmasın deyə generatorlardan istifadə edirlər. Anoloji hadisə bu ilin aprelində baş verib. Yaponiyada zooparkdan qaçan şimpanze Senday şəhərində aləmi bir-birinə qatıb. Çaça ləqəbli primat elektrik xətti dirəyinə çıxıb və naqillərdən sallanmağa başlayıb.

Xilasedicilər meymunu zooparkdan qaçdıqdan iki saat sonra, ona sakitləşdirici silahdan atəş açaraq tuta biliblər. Hadisə zamanı heç kim xəsarət almayıb. Lakin şəhərin 1800-dən çox evi işıqsız qalıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...