"Reina" gecə klubu yerlə-yeksan edildi - FOTO

"Reina" gecə klubu yerlə-yeksan edildi -


Yanvarın 1-nə keçən gecə İstanbulun mərkəzində dəhşətli terror aktının törədildiyi "Reina” əyləncə mərkəzi sökülür.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında klubun söküntüsünə başlanılıb. Ekskavatorlar təxminən 45 dəqiqə müddətində tikilini yerlə-yeksan edib.


Bildirilir ki, məlum hadisədən sonra sahibləri tərəfindən qapadılan əyləncə mərkəzinin yerində başqa obyekt inşa ediləcək.

Qeyd edək ki, yeni il gecəsi "Reina"da törədilmiş terror aktında 39 nəfər həyatını itirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...