ABŞ-ın ən zəngin qadınlarından biri - Türkdür

ABŞ-ın ən zəngin qadınlarından biri -


“Forbest” jurnalı “Seirra Nevada Corporation” şirkətinin sahibi olan iş qadını Eren Özmənə bu il də sərvətini miras yoluyla deyil, sıfırdan iş həyatına başlayıb, öz mücadilələri ilə milyarder olan ən zəngin qadın biznemenlərin siyahısında yer verdi.

Moderator.az “Forbest”ə istinadən bildirir ki, Özmən, 1,1 milyard dollarlıq sərvətlə ABŞ-da sərvətini özü qazanan 50 qadının siyahısında 16-cı yerdədir. O əvvəlki illərdə “Forbest”in siyahısında aşağı yerlərdə idi.

“Forbest”in siyahısında “Little Caesars”ın və “Detroit Red Wings”in sahibi xanım Marian Llitç 5,1 milyard dollarlıq varidatla birinci yerdə durur.

Siyahının ikinci pilləsində isə, Respublikaçılar Partiyasının ən böyük dəstəkçilərindən olan və Donald Trampın yaxın adamı kimi tanınan 4,9 milyard dollar sərvətə sahib Diane Hendricks qərar tutub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...