Təbrizdə seçki saxtakarlığı: səslər yenidən sayılacaq

Təbrizdə seçki saxtakarlığı:


Təbrizdə keçirilən Şəhər Şurası seçkilərinin nəticələri ləğv oluna bilər.

Axar.az xəbər verir ki, Şura seçkilərində yol verilən qanun pozuntuları ilə əlaqədar “Fars Nyus”a danışan Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabəyli təmsil etdiyi şəhərdə bəzi məntəqələrdə səslərin yenidən sayılacağını açıqlayıb:

“Seçkilərin nəticəsinə etiraz edən namizədlərin sözlərinə və bəzi faktlara görə, seçkilərdən öncə və səsvermə günü bir sıra qanun pozuntularına yol verilib. Şəhər Şurası Seçkilərinə Nəzarət Heyətinin məsuliyyəti millət vəkillərinin üzərinə düşdüyü üçün qarşıdakı günlərdə verilən səslərin 10 faizi və şübhə doğuran sandıqların səsləri yenidən sayılacaq. Biz artıq ötən gecə seçkilərin nəticəsinə etiraz edən 60-dan çox namizədlə bir araya gəldik və onların etirazını əks etdirən bir mətn də hazırladıq. Ümid edirəm ki, səslərin 10 faizi yenidən sayıldıqdan sonra yaranan problem öz həllini tapacaq”.

Qeyd edək ki, İranda prezident və Şəhər Şurası seçkiləri mayın 19-da keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...