Dağda 47 ildir ki, tək-tənha yaşayan inadkar çoban- FOTOLAR

Dağda 47 ildir ki, tək-tənha yaşayan inadkar çoban-


Türkiyənin Konya vilayətinin dağ kəndlərinin birində yaşayan 81 yaşlı çoban 47 illik inadına sadiq qalır. Az qala, 50 il əvvəl yaşadığı kəndin muxtarı “keçirləri daha buradan keçirmə” deyərək, Durali Koba adlı bu çobanı acılayır. O gündən bu yana “bir də o məhəlləyə ayaq basmaram” deyərək, 10 km-dən çox uzaqlıqda dağ döşündə özünə evə tikərək orada yaşayıb. Sonradan övladları da oranı tərk etməli olub. Beləcə, Durali baba tamam tək qalmalı olub. Əslində, tam tək də deyildi. Belə ki, ətrafda dəhşətli dərəcədə inadcıl insan kimi tanınan keçi çobanı arvadı Fatma Koba ilə yaşayırdı. Lakin ondan da hər hansı səbəbdən küsdüyü üçün vaxtilə tikdiyi üçotaqlı evin aşağısında özünə birgözlü daxma tikərək, orada yaşayır. Həmin evə dediyi ki, heç ayaq da basmır.

Moderator.az xəbər verir ki, Durali Koba az qala, bütün Konyada bu qəribə inadkarlığına görə seçilir. Övladları ona hər iki gündən bir qəzetlər gətirir. Məşğuliyyəti ancaq qəzet oxumaq və keçi otarmaqdır. Bir də seçkilərdə mütəmadi sürətdə iştirak edir. Ancaq seçki olan günü dağdan kəndə səs verməyə enir.


Dağda 47 ildir ki, tək-tənha yaşayan inadkar çoban-
Dağda 47 ildir ki, tək-tənha yaşayan inadkar çoban-
Dağda 47 ildir ki, tək-tənha yaşayan inadkar çoban-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...