Rusiyada böyük mitinqlər başlayır: 200 şəhər ayağa qalxır

Rusiyada böyük mitinqlər başlayır:


Rusiyalı müxalif blogger Aleksey Navalnının tərəfdarları Rusiyanın 200 şəhərində etiraz aksiyalarına hazırlaşırlar.

Axar.az xəbər verir ki, korrupsiyaya qarşı keçiriləcək aksiyalar 12 iyunda baş tutacaq. Etiraz aksiyaları “Cavab tələb edirik” şüarı ilə keçiriləcək. Artıq etirazçılar hökumət dairələrinə mitinqlərin keçiriləcəyi ilə bağlı müraciətlər göndərməyə başlayıblar.


Qeyd edək ki, bundan öncə Navalnının rəhbərliyi altında Rusiya Baş naziri Dmitri Medvedyevə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi. Etiraz aksiyaları “O sizin üçün Dimon deyil” şüarı ilə baş tutmuşdu.

Bütün Rusiyanı əhatə edən aksiyalarda minlərlə etirazçı həbs edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
390 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...