Məktəblərdə bu ştatlar ləğv edilsin, o işçilər ixtisara düşsün - QALMAQAL
Yaponiya məktəblərində texniki işçi heyəti (xidmətçi) yoxdur. Məktəbin bütün ərazisində sahələr üzrə təmizlik işləri siniflər arasında bölüşdürülüb.
A24.Az xəbər verir ki, dərsdən sonra sinif otaqlarının və təhkim olunmuş ərazinin yığışdırılması yapon məktəblisinin vəzifəsinə daxildir.
Qeyd edək ki, şagirdlərə bu kimi vərdişlərin aşılanması təkcə məktəbi təmizlik dərdindən xilas etmir, həm də onlarda özlərinə, məktəblərinə qarşı təmizlik məsuliyyəti yaradır. Bir növ məktəbi öz evləri kimi sahiblənmiş olurlar. Öz məktəbinin təmizliyinə özü cavabdeh olduğunu dərk edən şagird artıq əlindəki hanısısa zibili yerə yox, zibilqabına atmağı öyrənəcək. Məncə, həm də dolayısı ilə məktəb bu yolla ən ali vəzifəsini də yerinə yetirir – şagirdi həyata hazırlayır.
Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov qeyd edib ki, Azərbaycanda da Yaponiyadakı kimi texniki işçi heyəti ilə bağlı dəyişikliklər edilməlidir. “Təsəvvür edin, 4500-dən artıq orta ümumtəhsil məktəblərimizdə texniki işçi bir yana, təkcə xidmətçi ştat vahidi nə qədərdir”.
Şagirdlərin məktəbin təmizliyi məsələsində aktivliyini artırmaq həm büdcəyə, həm də onların cəmiyyət içərisində məsuliyyətli şəxsiyyət kimi böyüməsinə kömək edə bilər.
470 dəfə oxundu